Gömrük-biznes əməkdaşlığı çərçivəsində görüşlər keçirilib — FOTOLAR

GÜNDƏM 24 oktyabr 2025, 22:33
Naxçıvan Baş Gömrük İdarəsinin təşəbbüsü ilə “Dekor Qrup” MMC-də görüş keçirilib.

Gömrük əməkdaşları müəssisənin fəaliyyəti və məhsul çeşidləri ilə tanış olub, istehsal prosesini əyani şəkildə izləyiblər.

Görüşdə, həmçinin gömrük sistemində aparılan təkmilləşdirilmələr, rəsmiləşdirilmə və sərhədkeçmə proseslərinin sürətləndirilməsi istiqamətində tətbiq edilən yeniliklər barədə ətraflı məlumat verilib.

“Şirvan” gömrük postunda xarici ticarət iştirakçıları ilə keçirilən növbəti görüşdə isə gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi qaydaları, Xarici İqtisadi Fəaliyyətin Mal Nomenklaturası (XİF MN), gömrük ekspertizası və digər mövzularda qanunvericiliyin tələbləri barədə məlumat verilib, tətbiq edilən yeniliklərdən bəhs edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
24 oktyabr 2025, 23:57
24 oktyabr 2025, 21:35
Top