ABŞ aviaşirkəti “United Airlines” gələn həftə İsrailə uçuşları bərpa etməyi planlaşdırır.
“Qafqazinfo” xəbər verir ki, bu haqda “Kan” telekanalı məlumat yayıb.
İstiqamətlər və uçuş cədvəli yaxın günlərdə açıqlanacaq.
Qeyd edək ki, 2023-cü ilin oktyabrında HƏMAS ilə İsrail arasında hərbi münaqişə fonunda bir neçə aviaşirkət İsrailə uçuşları dayandırıb.