“Süni intellekt insanları işsiz qoyacaq”

DÜNYA 23 oktyabr 2025, 22:18
Amerikalı milyarder və sahibkar İlon Mask bildirib ki, yaxın gələcəkdə süni intellektin inkişafı milyonlarla insanı işsiz qoyacaq və insanlar artıq işləməyə ehtiyac duymayacaqlar.

“Qafqazinfo” xəbər verir ki, o bu fikirləri “Amazon” şirkətinin 600 min əməkdaşının robotlarla əvəzlənməsi barədə yayılan xəbərlərə münasibət bildirərkən səsləndirib.

O, investor Ceyson Kalakanisin sosial şəbəkədəki paylaşımına cavab olaraq qeyd edib ki, süni intellekt və robotlar insanların bütün iş yerlərini əllərindən alacaq:

“İşləmək artıq məcburi olmayacaq”.

Onun fikrincə, gələcəkdə robotlar sayəsində insanlar istədikləri hər bir fəaliyyətlə məşğul ola biləcəklər:

“Məsələn, tərəvəzləri mağazadan almaq əvəzinə, özləri yetişdirə biləcəklər”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
24 oktyabr 2025, 00:13
Top