ABŞ-ın Kaliforniya ştatında təcili eniş edən kiçik təyyarə parkda piyadanı vurub.
Publika.az xəbər verir ki, bu barədə ştatın yanğınsöndürmə idarəsi paylaşım edib.
Hadisə nəticəsində xəsarət alan 40 yaşlı qadın xəstəxanaya çatdırılıb. Həmçinin təyyarədən xilasedicilər tərəfindən çıxarılan yaşlı pilot da hospitala yerləşdirilib.
Həkimlər hər iki şəxsin vəziyyətini orta ağır qiymətləndirirlər.
Təcili enişin səbəbləri barədə hələ məlumat verilmir, araşdırma davam edir.