YapiKredi Müraciət Forması
Dünya

Əminə Ərdoğan COP31-ə gələn şəxslərə təşəkkür etdi - FOTOLAR

Əminə Ərdoğan COP31-ə gələn şəxslərə təşəkkür etdi - FOTOLAR

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğan Antalyada keçirilən COP31 Liderlər Sammitində iştirak edən dövlət və hökumət başçıları, eləcə də onların həyat yoldaşları ilə yaxından maraqlanıb.

Demokrat.az xəbər verir ki, Anadolu Agentliyinin məlumatına görə, Əminə Ərdoğan rəsmi qarşılanma mərasimindən sonra qonaqlarla söhbət edib. Daha sonra Prezident Ərdoğan, həyat yoldaşı, sammit iştirakçıları və digər dəvətlilər açılış mərasimi üçün Anadolu zalına keçiblər.

Əminə Ərdoğan tədbir çərçivəsində aktrisalar Məryəm Üzərli, Tuğba Büyüküstün, Ceyda Ateş, Ava Yaman, aktyorlar Kərəm Bürsin, Barış Arduç, Bülent İnal, sərbəst dalğıc Şahika Ərcümən və keçmiş model Demet Şenerlə də görüşüb, tədbirdə iştiraklarına görə onlara təşəkkür edib.

Əminə Ərdoğan sosial şəbəkə hesabında paylaşım edərək COP31 sammitinin iqlim ədalətini əsas götürən, təbiətin qorunmasına üstünlük verən və qlobal əməkdaşlığa yeni təkan verən nəticələr ortaya qoymasını arzuladığını bildirib.

Əminə Ərdoğan COP31-ə gələn şəxslərə təşəkkür etdi - FOTOLAR
Əminə Ərdoğan COP31-ə gələn şəxslərə təşəkkür etdi - FOTOLAR
Əminə Ərdoğan COP31-ə gələn şəxslərə təşəkkür etdi - FOTOLAR
Əminə Ərdoğan COP31-ə gələn şəxslərə təşəkkür etdi - FOTOLAR
1 / 3

B
Qeyd edilməyib