YapiKredi Müraciət Forması
Şou-biznes Özəl

Ajda Pekkan illər sonra etiraf etdi: "Ölmək istəyirdim"

Ajda Pekkan illər sonra etiraf etdi: Ölmək istəyirdim

Türkiyəli müğənni Ajda Pekkan gənclik illərində atasının evlilik təzyiqi səbəbindən intihara cəhd etdiyini açıqlayıb.

Demokrat.az xəbər verir ki, sənətçi "Başarım Sensin" Dərnəyinin "Four Seasons Bosphorus" hotelində təşkil etdiyi tədbirdə jurnalistlərin suallarını cavablandırıb.

Evliliklə bağlı sualı cavablandıran Pekkan atasının onu ailə qurmağa məcbur etdiyini bildirib. Müğənninin sözlərinə görə, atası evlənməyəcəyi təqdirdə onu övladlıqdan rədd edəcəyini deyib.

"Babam ‘Evlənəcəksən" deyəndə qaz balonunu açdım, intihar etmək istəyirdim. Sonra öz-özümə düşündüm: ‘Niyə onların həyatı naminə mən intihar etməliyəm?" deyərək qazı bağladım. Atam evlənməsəm, məni övladlıqdan rədd edəcəyini söyləmişdi. Amma sonradan evliliyi də təcrübə etdim", – deyə sənətçi bildirib.

Pekkan ana olmaması ilə bağlı peşmanlıq yaşayıb-yaşamadığı sualına da münasibət bildirib. O, analığın gözəl hiss olduğunu düşündüyünü, lakin həyat tərzi və məsuliyyətlərdən çəkindiyi üçün bu addımı atmadığını söyləyib.

"Kaş analıq hissini mən də yaşayaydım. Amma qorxdum. Bu qədər gərgin həyatın, ziddiyyətlərin içində bunun öhdəsindən gələ bilməyəcəyimi düşündüm. Səhv bir şey etməkdən çəkindim", – deyə müğənni etiraf edib.