Azərbaycan təmsilçisi Nərmin Abdinova Yunanıstanın Hersonissos şəhərində keçirilən 8-18 yaşlı şahmatçılar arasında Avropa çempionatında qızıl medal qazanıb.
Azərbaycan Şahmat Federasiyası məlumat yayıb.
Nərmin Abdinova 8-ci turda Polşa şahmatçısı Klara Szczotkanı məğlub etməklə fenomenal nəticə göstərib.
Bu Nərmin Abdinovanın qitə çempionatında ardıcıl 8-ci qələbəsi olub. Bütün görüşlərini qələbəylə başa vuran Nərmin Abdinova sabah baş tutacaq 9-cu turun nəticəsindən asılı olmayaraq Avropa çempionu olub.
Qeyd edək ki, Avropa çempionatında U18 kateqoriyasında ölkəmizə sonuncu qızıl medalı 2014-cü ildə Batumidə Ülviyyə Fətəliyeva qazandırıb.


