YapiKredi Müraciət Forması
Özəl Cəmiyyət

Pensiyalarla bağlı açıqlama — 4, 10, 14 il qaydası

Pensiyalarla bağlı açıqlama — 4, 10, 14 il qaydası

Azərbaycanda əlilliyi olan və pensiya yaşına çatan şəxslərin pensiyalarının müddətsiz təyin edilməsi məsələsi vətəndaşlar üçün maraq doğuran mövzulardandır. Qanunvericilikdə müəyyən edilmiş şərtlərə uyğun olaraq, bəzi şəxslərin əlillik müddətinin və pensiya təminatının ömürlük müəyyənləşdirilməsi mümkündür.

Bəs hansı şəxslər bu hüquqdan yararlana bilər? Pensiyanın ömürlük təyin edilməsi üçün hansı şərtlər tələb olunur və vətəndaşlar bu hüquqdan yararlanmaq üçün hansı prosedurlardan keçməlidirlər?

Milli Məclisin deputatı Vüqar Bayramov Demokrat.az-a açıqlamasında bildirib ki, qanunvericiliyə əsasən, sağalmaz xəstəliklərdən əziyyət çəkən vətəndaşlara əlillik müddətsiz müəyyən edilə bilər.

Onun sözlərinə görə, bununla yanaşı, əlillik səviyyəsində dəyişiklik olmadığı təqdirdə, müəyyən müddətlərdən sonra da əlilliyin müddətsiz təyin olunması mümkündür:

"Belə ki, birinci dərəcə əlillik üzrə 4 il, ikinci dərəcə üzrə 10 il, üçüncü dərəcə üzrə isə 14 il müddətində əlillik davam etdikdə, qanunvericilikdə nəzərdə tutulan şərtlər əsasında şəxsin əlilliyi müddətsiz müəyyənləşdirilə bilər. Burada əsas meyar vətəndaşın pensiya yaşına çatması və ya yaşının müəyyən həddə olması deyil. Əsas diqqət əlilliyə səbəb olan xəstəliyin xarakterinə, şəxsin sağlamlıq vəziyyətinə və qanunvericilikdə nəzərdə tutulan müddət ərzində əlillik səviyyəsində dəyişiklik baş verib-verməməsinə yönəldilir. Başqa sözlə, əlilliyin müəyyən edildiyi müddət ərzində şəxsin sağlamlıq vəziyyətində əlillik səviyyəsinin dəyişməsinə səbəb olacaq irəliləyiş və ya yaxşılaşma qeydə alınmadıqda, o, qanunvericiliyin tələblərinə uyğun olaraq əlilliyin müddətsiz müəyyənləşdirilməsi hüququndan yararlana bilər. Bunun üçün müvafiq tibbi və hüquqi prosedurların yerinə yetirilməsi, eləcə də şəxsin əlillik vəziyyətinin müəyyən edilmiş meyarlara uyğunluğunun qiymətləndirilməsi tələb olunur".