“iPhone 19”u buraxmayacaq

DÜNYA 23 oktyabr 2025, 19:38
“Apple” şirkəti “iPhone 19” smartfonlarının satışa çıxarılmasını təxirə salıb.

Bu barədə məlumatı “ETNews” yayıb.

Bildirilir ki, şirkət 2027-ci ildə yeni model təqdim etməyəcək, çünki həmin il “Apple”ın 20 illik yubileyi qeyd olunacaq. Məhz bu səbəbdən “iPhone 19” əvəzinə “iPhone 20” adlı yubiley seriyasının təqdim olunması planlaşdırılır.

Qeyd edək ki, oxşar addım 2017-ci ildə də atılmışdı. Belə ki, o zaman şirkət “iPhone 9” modelini buraxmamış, onun yerinə yubiley münasibətilə “iPhone X” modelini təqdim etmişdi.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
23 oktyabr 2025, 19:38
Top