Tramp Cinpinlə oktyabrın 30-da görüşəcək

DÜNYA 23 oktyabr 2025, 22:02
ABŞ prezidenti Donald Tramp oktyabrın 30-da Cənubi Koreyada Çin lideri Si Cinpinlə görüşəcək.

APA xəbər verir ki, bu barədə, Ağ Evin sözçüsü Kerolayn Livitt məlumat verib.

“Cümə axşamı yerli vaxtla səhər saatlarında prezident Tramp Çin lideri Si Cinpinlə ikitərəfli görüşdə iştirak edəcək”, - Livitt deyib.

Livitt həmçinin əlavə edib ki, Çin lideri ilə görüş ABŞ prezidentinin ASEAN sammitində iştirak edəcəyi Malayziya, Yaponiya və Cənubi Koreyaya səfərləri əhatə edən Asiya turunun yekununda baş tutacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
24 oktyabr 2025, 00:13
Top