“Bu qərara münasibətim yaxşı deyil. Bu təklifi irəli sürənlər düşünməlidirlər ki, işsiz bir şəxs ildə 192 manatı haradan tapıb ödəyəcək? Əgər işləmirsə, bu pulu hansı vəsait hesabına ödəməlidir? Kimdənsə borc alacaq, yoxsa ailə büdcəsinə əlavə yük yaradacaq? Bu, nə sosial, nə də ədalətli yanaşmadır".
Bu sözləri Demokrat.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib.
O bildirib ki, dünyanın heç bir ölkəsində işsiz vətəndaşlardan tibbi sığorta haqqı tələb olunmur:
"Belə bir qərar sosial dövlət anlayışına, eləcə də sosial ədalət prinsiplərinə ziddir. Dövlətin əsas məqsədi vətəndaşın rifahını qorumaq, xüsusən də sosial cəhətdən həssas təbəqələri dəstəkləmək olmalıdır, onları əlavə öhdəlik altına salmaq yox".
Qeyd edək ki, yeni qərara əsasən, 2026-cı ildən etibarən işsiz insanlar da tibbi sığorta üçün ödəniş etməli olacaqlar.
Əfsanə Kamal
Demokrat.az