"Azərbaycanın öz ərazisindən Ermənistana gedən tranzit məhdudiyyətlərini aradan qaldırması, şübhəsiz ki, Ermənistanın təcriddən çıxması istiqamətində atılmış çox mühüm bir addımdır. Bu, həm də rəsmi İrəvanın artıq reallığı qəbul etməsi və Ermənistan cəmiyyətinin Azərbaycanla sülh şəraitində yaşamağın onlara hansı faydalar gətirəcəyini anlaması baxımından önəmlidir".
Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Oqtay Qasımov deyib.
"Azərbaycan bu addımı atmaqla, ilk növbədə, öz üzərinə götürdüyü öhdəliklərə və verdiyi vədlərə sadiq qalan etibarlı tərəfdaş kimi çıxış edir.
Xatırladaq ki, Prezident İlham Əliyev 8 avqustda Donald Trampın iştirakı ilə keçirilən görüş və imzalanma mərasimindən sonra bəyan etmişdi ki, Azərbaycanla Ermənistan arasında müharibə bitib, sülh dövrü başlayıb. Azərbaycanın bu bəyanatdan sonra ardıcıl şəkildə atdığı real addımlardan biri də məhz bu tranzit məhdudiyyətlərinin götürülməsidir".
O bildirib ki, simvolik baxımdan da bu hadisə diqqətəlayiqdir:
"İlk yüklərin Qazaxıstan ərazisindən Ermənistana daşınacaq taxıl məhsulları olması xüsusi məna daşıyır. Çünki Ermənistan uzun illər ərzində taxıl və digər ərzaq məhsulları üzrə Rusiyadan ciddi asılı vəziyyətdə olub. Bu addım isə Ermənistanın iqtisadi siyasətini şaxələndirmək və ərzaq təhlükəsizliyi baxımından asılılığı azaltmaq istiqamətində mühüm bir fürsət yaradır.
Ümumilikdə bu qərar Azərbaycanın sülhə sadiqliyinin, eləcə də Cənubi Qafqazda sabitlik və əməkdaşlıq mühitinin formalaşdırılmasına yönəlmiş siyasətinin bariz nümunəsidir. İndi gözlənti ondan ibarətdir ki, Ermənistan da bu addımı adekvat şəkildə qiymətləndirəcək və sülhün möhkəmləndirilməsi istiqamətində real addımlar atacaq".
Əfsanə Kamal
Demokrat.az