"Etibarnamə ilə avtomobil alqı-satqısı ciddi hüquqi problemlərə səbəb ola bilər. Etibarnamə mülkiyyət sənədi deyil, yalnız təmsilçilik və vəkalət hüququ verir. Bu o deməkdir ki, etibarnamə əsasında maşını istifadə edən və ya satan şəxs avtomobilin rəsmi mülkiyyətçisi hesab olunmur".
Bu sözləri Demokrat.az-a açıqlamasında vəkil Turan Abdullazadə deyib.
"Hüquqi baxımdan, avtomobil alqı-satqısı zamanı maşın mütləq rəsmi qaydada alıcının adına keçirilməlidir. Əks halda, rəsmi mülkiyyət hələ də əvvəlki sahibin üzərində qalır. Bu isə müxtəlif risklər yaradır. Məsələn, avtomobilin üzərinə həbs qoyula bilər, icbari sığorta öhdəlikləri və digər hüquqi məhdudiyyətlər alıcıya aid olmayaraq əvvəlki sahibin üzərinə düşə bilər",
Vəkilin sözlərinə görə, etibarnamə əsasında idarə olunan avtomobil üçün baş verən hər hansı hüquqi məsələ (polis nəzarəti, həbs, məhkəmə iddiası) avtomobilin rəsmi mülkiyyətçisini də əhatə edir:
"Bu isə alıcı və satıcı üçün maliyyə və hüquqi itkilərə səbəb ola bilər.
Belə halların qarşısını almaq üçün mütləq tövsiyə olunur ki, alıcı maşını yalnız rəsmi qeydiyyat sənədləri əsasında qəbul etsin və satıcı da maşını etibarnamə ilə yalnız idarə üçün verməklə məsuliyyətini düzgün şəkildə müəyyən etsin. Əks təqdirdə, həm alıcı, həm də satıcı hüquqi problemlərlə üzləşə bilər".
Əfsanə Kamal
Demokrat.az