“Məktəblərdə dərslik çatışmazlığı məsələsi aktualdır. Çünki dərslik təhsilin çox vacib elementlərindəndir, dərsliksiz təhsil əlbəttə ki, mümkünsüzdür”.
Bunu Demokrat.az-a Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov deyib. O bildirib ki, bu problem varsa, deməli planlama düzgün aparılmır:
“Şagird sayı və çap olunan dərslik bir-birinə uyğun olmalıdır. Eyni zamanda, dərsliklərin paylanmasında şəffaflıq nə dərəcədədir, regionlara dərsliklərin çatdırılması ilə bağlı problemlər varmı? Dərsliklərin çapına hər il dövlər milyonlarla vəsait ayırır. İndi sual yaranır, əgər dövlət bunu qarşılayırsa, necə olur ki, çatışmazlıq olur? Deməli burada planlama düzgün deyil, şəffaflıq yoxdur və s.
Eyni zamanda, mən deyərdim ki, dərsliklərin keyfiyyətsiz olması dərsliklərin çatışmazlığından daha aktual problemdir. Bu, hər zaman müzakirə olunmalıdır. Əgər dərsliklərdə, proqramda problem varsa, bu, keyfiyyətsizlik göstəricisidir”.
Cavidan Mirzəzadə
Demokrat.az