Emin Ağalarov “Uni Pak” şirkətindəki payını satdı

ŞOU-BİZNES 23 oktyabr 2025, 13:38
Tanınmış iş adamı Emin Ağalarov və onun tərəfdaşları “Uni Pak” adlı alkoqolsuz içkilər istehsal edən şirkətdən çıxıblar.

Demokrat.az "Unikal"a istinadən  xəbər verir ki, bu  barədə “Vedomosti” nəşri məlumat dərc edib. 

Bildirilir ki, 13 oktyabrdan etibarən şirkətin yeganə sahibi iş adamı Yeqor Kulikov olub. Ağalarov nümayəndəsi vasitəsilə bildirib ki, bu sövdələşmə üzrə danışıqlar uzun müddət davam edib və artıq yekunlaşıb. Onun sözlərinə görə, “Uni Pak” biznesi onun üçün əsas fəaliyyət sahəsinə daxil olmadığından, satış qərarını çoxdan verib.

Ekspertlər şirkətin 100 faizlik payını 500–700 milyon rubl arasında qiymətləndirirlər. 

Qeyd edək ki, "Uni Pak" hazırda alüminium bankalarda qazlı və alkoqolsuz içkilərin istehsalını həyata keçirən müqaviləli istehsal sahəsi kimi fəaliyyət göstərir. 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top