Zaurdan gecikən sənətçilərə xeyriyyə cəriməsi

ŞOU-BİZNES 20 oktyabr 2025, 22:45

Aparıcı Zaur Kamal efirə gecikəm sənətçiləri cərimələyərək həmin pulları ehtiyacı olan şəxslərə verəcək.

Axşam.az xəbər verir ki, bu barədə o, "Həmin Zaur" verilişində bildirib. Aparıcı bu gün yayımlanan proqramına gecikən meyxanaçılar Baləlini 500, Mirfəridi isə 300 manat cərimələyib. 

Daha sonra Zaur canlı yayımda ehtiyacı olan ailələrə zəng edib və onlara pul göndərəcəklərini bildirib.

Aparıcı həmçinin qeyd edib ki, bundan sonra verilişinə gecikən bütün sənətçiləri cərimləyəcək və həmin pullar xeyriyyə məqsədi ilə istifadə olunacaq.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top