Mustafa Sandala Britaniyada ömürlük viza verildi

ŞOU-BİZNES 20 oktyabr 2025, 09:00
Böyük Britaniya Sənət Şurası tarixində ilk dəfə türkiyəli müğənnini "beynəlxalq artist" statusunda tanıyıb.

Demokrat.az   "Hürriyet" qəzetinə istinadən xəbərə verir ki, bu ada pop müğənnisi Mustafa Sandal layiq görülüb.

Şura Mustafa Sandala ömürlük "Global Artist" vizası təqdim edib. Bunun sayəsində ona Britaniyada yaşayış icazəsi verilib.

Böyük Britaniyanın Mədəniyyət Nazirliyi Mustafa Sandalın dünya səviyyəsində qazandığı mükafatları, beynəlxalq konsertlərini və 8 fərqli dilə tərcümə edilən bəstələrinin 24 ölkədə hit-paradlarda birinci yeri tutmasını xüsusən vurğulayıb.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top