
Xəbər verdiyimiz kimi, türkiyəli məşhurdan götürülən narkotestlərin nəticələri zamanı fenomen Dilan Polatın cavabları müsbət çıxıb.
Axşam.az-ın məlumatına görə, fenomenin bu gün körpüyə çıxaraq intihara cəhd etdiyi iddia olunub. Çıxan məlumatlarda Dilanın həyat yoldaşı Engin Polat və polislərin səyi nəticəsində bu fikrində daşındığı deyilib.
İddiaların yayılmasına səbəb Dilanın ötən gün "Yetər artıq, belə dünyada yaşaya bilmirəm" deyə, paylaşım etdikdən sonra onlayn olmaması olub.
Lakin bir müddət sonra Engin məsələyə münasibət bildirərək xəbərləri təkzib edib:
"Bacısıgilə gedərkən Dilan anidən özünü narahat hiss edib. Körpünün çıxışında maşını saxlayıb və mənə zəng vurub. Hadisə budur".