Mahir Emreli yenə heyətə daxil edilmədi

İDMAN 18 oktyabr 2025, 19:59

Almaniya 2-ci Bundesliqa təmsilçisi “Kayzerslautern” almaniya çempionatında növbəti oyununa çıxıb.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Mahir emreli bu dəfə də heyətə daxil edilməyib.

O, komandanın 23 nəfərlik iştirak ərizəsində yer almayıb.

Qeyd edək ki, Mahir Emreli çıxış etdiyi Almaniya 2-ci Bundesliqa təmsilçisi “Kayzerslautern”lə problemlər yaşamaqda davam edir. O, baş məşqçi Torsten Liberknextin “qara siyahı”sına düşüb. Alman çalışdırıcı komandanın israrla transfer etdiyi M.Emreliyə şans vermək niyyətində deyil.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
18 oktyabr 2025, 18:12
Top