"Tramp və Zelenski arasında görüş onu göstərir ki, "Ağ Ev"də bu savaşa yönəlik mövqelər yenidən dəyişməyə başlayıb".
Bunu Demokrat.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib. O bildirib ki, Tramp adminstrasiyasının Rusiyaya münasibəti növbəti dəfə yumşalmağa başlayıb və böyük ehtimalla Tramp Ukraynaya vəd etdiyi uzaqmənzilli raketləri vermək niyyətindən geri çəkilir:
"Bu da o deməkdir ki, Ukrayna Rusiyanın dərinliklərinə zərbə endirəcək ən müasir ABŞ silahlarını ala bilməyəcək. Hazırda Tramp Ukrayna savaşınən dayandırılması mövqeyini yenidən ön plana çıxarıb. Putinlə telefon danışığından sonra "Ağ Ev"də yenidən ümidlər artıb və ona görə də indi Zelenski ilə bu məsələ ətrafında müzakirələr aparılır. "Ağ Ev" təmsilçiləri, xüsusən Tramp Zelenskini sülh variantına mümkün qədər yaxınlaşdırmağa çalışırlar.
Rusiyanın əsas şərtlərinin qəbul olunma ehtimalının artdığı görünür. Zelenskinin açıqlamasında da buna eyhamlar var. O bildirdi ki, Rusiya və Ukrayna qoşunları hazırda olduqları yerdə dayanmalıdılar, ərazi məsələləri qəliz məsələdir və dondurulmuş bir vəziyyət yaradılmalıdır. Görünür, Zelenskiyə müəyyən təzyiqlər edilib. Ona başa salınıb ki, əgər ABŞ və Qərb dəstəyini dayandırsa, bu, Ukrayna üçün faciə olar. Ona görə də mümkün qədər tez münaqişənij dondurulması və atəşkəs əldə olunması vacibdir. Belə anlaşılır ki, Ukrayna ABŞ-nin irəli sürdüyü ssenarilərlə razılaşmağa məcbur qalıb".
Cavidan Mirzəzadə
Demokrat.az