Filippin sahillərində 5,6 bal gücündə zəlzələ oldu

DÜNYA 18 oktyabr 2025, 18:38
Filippin sahillərində 5,6 bal gücündə zəlzələ qeydə alınıb.

Oxu.Az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri təxminən 309 min nəfər əhalisi olan Butuan şəhərindən (Mindanao adası) 105 km şərqdə yerləşib. Zəlzələnin ocağı 55 km dərinlikdə olub.

Tələfat və dağıntılar barədə hələlik məlumat yoxdur.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
18 oktyabr 2025, 18:12
Top