Fizika üzrə Nobel mükafatı laureatı vəfat edib

DÜNYA 18 oktyabr 2025, 10:39
Çinli alim, fizika üzrə Nobel mükafatı laureatı bu gün 103 yaşında Pekində vəfat edib.

Demokrat.az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

"Dünya şöhrətli fizik, fizika üzrə Nobel mükafatı laureatı, Çin Elmlər Akademiyasının akademiki, Tsinxua Universitetinin professoru Yan Çjennin xəstəlik səbəbindən bu gün 103 yaşında Pekində vəfat edib", - məlumatda bildirilib.

Y.Çjennin müasir kalibrləmə sahələri nəzəriyyəsinin əsaslarını qoyub, həmçinin zəif qarşılıqlı təsir haqqında fərziyyə irəli sürüb. O, 1957-ci ildə Li Çjendao ilə birlikdə fizika sahəsində Nobel mükafatına layiq görülüb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top