"Can Holding"də növbəti əməliyyat: Şirkət rəhbəri saxlanıldı

DÜNYA 17 oktyabr 2025, 10:43
Türkiyənin məşhur "Can Holding" şirkətlər qrupunda aparılan araşdırmalar çərçivəsində bu gün səhər saatlarında yeni əməliyyat keçirilib.

Demokrat.az "Türkiye Gazetesi"nə istinadən xəbər verir ki, holdinqin İdarə Heyətinin sədri Kenan Tekdağ da saxlanılıb.

Əməliyyat zamanı 35 nəfər şübhəli şəxs qismində tutulub, onlardan 26-sı barədə həbs qərarı çıxarılıb.

Şirkətin qərargahında və yaşayış yerlərində aparılan axtarışlar zamanı çoxlu rəqəmsal materiallar, sənədlər və qiymətli kağızlar götürülüb.

Qeyd edək ki, "Can Holding"in nəzdində fəaliyyət göstərən şirkətlərin vasitəsilə cinayətkar təşkilat yaradılması iddiası var. Buna görə də istintaq çərçivəsində holdinqdə əməliyyatlar həyata keçirilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top