ABŞ-nin on milyonlarla sakini şatdaun səbəbindən noyabrda ərzaq talonlarından məhrum ola bilər.
"Report" xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.
"Təxminən 42 milyon insan federal hökumətin fəaliyyətini dayandırması səbəbindən noyabr ayında kritik ərzaq yardımını itirmək riski ilə üzləşir", - məqalədə qeyd olunur.
Qeyd olunur ki, hər səkkiz amerikalıdan biri əhaliyə qida talonları verən SNAP proqramı vasitəsilə ərzaq yardımı alır. Tramp administrasiyasının vəziyyətə müdaxilə edib-etməyəcəyi və müavinət ödənişlərini davam etdirmək üçün vəsait tapa bilməyəcəyi hələ də bəlli deyil.
ABŞ federal hökumətinin maliyyə çatışmazlığı səbəbindən fəaliyyətini qismən dayandırması oktyabrın 1-də gecə yarı (Bakı vaxtı ilə saat 8:00) başlayıb. Ağ Evin Milli İqtisadi Şurasının rəhbəri Kevin Hassettin sözlərinə görə, şatdaun davam etsə, Amerika ÜDM-nin həftəlik itkisi 15 milyard dollara çata bilər.