HƏMAS Qəzzada atəşkəsi poza bilər

DÜNYA 19 oktyabr 2025, 08:30
ABŞ Qəzzada sülh razılaşmalarına zəmanətçi dövlətləri atəşkəsin Fələstinin radikal HƏMAS hərəkatı tərəfindən pozula biləcəyi barədə xəbərdar edib.

Demokrat.az-ın xəbərinə görə, bu barədə ABŞ Dövlət Departamentinin Mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

Bildirilir ki, ABŞ-nin atəşkəsin HƏMAS tərəfindən pozulacağını göstərən etibarlı kəşfiyyat məlumatları var. ABŞ-nin mövqeyinə görə, Fələstin əhalisinə qarşı planlaşdırılmış hücum atəşkəsin birbaşa və ciddi şəkildə pozulmasını təşkil edəcək və əhəmiyyətli irəliləyişə zərbə vuracaq". "Zəmanətçi dövlətlər HƏMAS-dan atəşkəslə bağlı öhdəliklərinə əməl etməyi tələb edirlər", - ABŞ Dövlət Departamentindən bildirilib.

"HƏMAS bu hücumu həyata keçirsə, Qəzza xalqının müdafiəsi və atəşkəsi qorumaq üçün tədbirlər görüləcək", - bəyanatda əlavə edilib. Dövlət Departamenti qeyd edib ki, zəmanətçi dövlətlər mülki əhalinin təhlükəsizliyini təmin etməyə, sakitliyə dəstək verməyə, sülhü qorumağa, Qəzzada və bütün regionda insanlar üçün sülh və firavanlığı təşviq etməyə sadiq olduqlarını bildiriblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top