Noyabrın son günləri üç bürcün nümayəndələri üçün uğurlu dövrə çevrilə bilər. Tərəzi, Şir və Əqrəb bürclərini təmsil edənlər son həftələrdə yaşadıqları çətinliklərdən sonra həyatlarında müsbət dəyişikliklər hiss edə, iş, maliyyə və şəxsi münasibətlərdə yeni imkanlarla qarşılaşa bilərlər.
Demokrat.az xəbər verir ki, bu barədə "La Opinión" nəşri astroloji proqnozlara istinadən yazıb.
Astroloqların şərhinə görə, bu dəyişikliklər Venera və Merkurinin düz hərəkətə qayıtması, eləcə də Yupiter və Marsın Şir bürcündəki təsiri ilə əlaqələndirilir. Bu dövrün özünəinamı artıracağı, qərar verməyi asanlaşdıracağı və yeni addımlar üçün stimul yaradacağı iddia olunur.
Tərəzi
Noyabrın sonu Tərəzilər üçün daxili tarazlığın bərpası və münasibətlərə yenidən nəzər salmaq dövrü olacaq. Uzun müddətdir aydınlıq gətirə bilmədikləri məsələlər tədricən həllini tapa bilər.
İş həyatında zəhmətlərinin qiymətləndirilməsi, maraqlı təkliflərin alınması və yeni layihələrə başlamaq imkanları yarana bilər. İşgüzar əməkdaşlıqda da müsbət dəyişikliklər gözlənilir.
Şəxsi həyatda isə açıq söhbətlər münasibətlərdəki köhnə anlaşılmazlıqları aradan qaldırmağa kömək edə bilər. Subay Tərəzilər isə gələcəkdə necə bir partnyorla münasibət qurmaq istədiklərini daha yaxşı anlayacaqlar.
Şir
Noyabrın ikinci yarısı Şirlər üçün həyatlarında yeni mərhələnin başlanğıcı kimi xarakterizə olunur. Bir müddət davam edən tərəddüdlərdən sonra bu bürcün nümayəndələri yenidən özlərinə inana, iddialı məqsədlərinə qayıda bilərlər.
Astroloji proqnozda xüsusilə 16 noyabr diqqətə çatdırılır. Mars və Yupiterin Şir bürcündə birləşməsi cəsarət və uğur qazanmaq istəyinin güclənməsi ilə əlaqələndirilir.
Karyera yüksəlişi, yeni vəzifələr və sərfəli əməkdaşlıq təklifləri gündəmə gələ bilər. Noyabrın 25-i isə maaş artımını müzakirə etmək, əlavə gəlir imkanları axtarmaq və şəxsi biznesi inkişaf etdirmək baxımından əhəmiyyətli tarix kimi göstərilir.
Sevgi münasibətlərində də yaxınlaşma və hissləri daha rahat ifadə etmək imkanı yaranacaq. Bununla belə, Şirlərə güclərini düzgün bölüşdürmək tövsiyə olunur.
Əqrəb
Əqrəblər üçün noyabrın sonu qeyri-müəyyənlikdən çıxış dövrü ola bilər. Son aylarda şəxsi həyatlarında və mühüm qərarlarla bağlı yaşadıqları tərəddüdlər tədricən aradan qalxa bilər.
Merkurinin noyabrın 13-də Əqrəb bürcündə düz hərəkətə qayıtması astroloji baxımdan mürəkkəb məsələlərin aydınlaşması, ünsiyyətin yaxşılaşması və təxirə salınmış qərarların verilməsi ilə əlaqələndirilir.
Yaxın həftələrdə Əqrəblər öz prioritetlərini yenidən müəyyənləşdirə və enerjilərini tükəndirən vəziyyətlərdən uzaqlaşa bilərlər. İş həyatında veriləcək qərarlar gələcək uğurların əsasını qoya bilər.
Şəxsi münasibətlərdə isə sağlam olmayan davranış modellərindən uzaqlaşmaq və daha harmonik əlaqələr qurmaq üçün fürsət yaranacağı bildirilir.



