İstanbul Böyükşəhər Bələdiyyəsinin sabiq rəhbəri Əkrəm İmamoğluya qarşı “dövlət məmurunu vəzifəsinə görə təhqir etmək” ittihamı ilə açılmış cinayət işi məhkəmə başlamazdan əvvəl rədd edilib.
“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, İstanbul 27-ci Asliye Cəza Məhkəməsində keçirilən ilkin iclasda işin Türkiyə Cəza Məcəlləsinin 75-ci maddəsi əsasında ləğv olunduğu bildirilib.
İstanbul Respublika Baş Prokurorluğunun Mətbuat Cinayətləri İstintaq Bürosu tərəfindən hazırlanan iddianamədə İmamoğlunun 2025-ci ilin martında ifadə verdikdən sonra ədliyyə binasında iki dövlət ittihamçısını təhqir etdiyi iddia olunmuşdu. İddianamədə həmin prokurorlar “şikayətçi” qismində göstərilmişdi.
Prokurorluq İmamoğlunun bu davranışları ilə dövlət məmurunun şərəf və ləyaqətini alçaltdığını və bu ifadələrin müdafiə hüququ çərçivəsini aşdığını iddia edirdi. Bu səbəbdən ona qarşı doqquz aydan dörd il bir aya qədər həbs, eləcə də, müəyyən hüquqlardan məhrumetmə cəzası istənilmişdi.