ABŞ administrasiyası şatdaun davam edəcəyi təqdirdə ekstremal tədbirlərə əl ata bilər və Demokratların dəstəklədiyi çoxsaylı proqramları həmişəlik dayandıra bilər.
"Report" xəbər verir ki, bu barədə Ağ Evin Milli İqtisadi Şurasının rəhbəri Kevin Hasset "Fox News" telekanalında bildirib.
"Hökumət gələn həftə fəaliyyətini bərpa etməsə, nə olacağını görəcəyik. Bunun nə qədər davam edəcəyini bilmirəm. Respublikaçılar daha sərt tədbirlərə əl ata bilər", - Hassett deyib.
O, şatdaunda demokratları günahlandırıb:
"Müdafiə proqramlarından başqa, demək olar ki, hər şeyi dayandıra bilərik, çünki milli təhlükəsizliyimiz vacibdir. Lakin prezident demokratların sevimli layihələrini həmişəlik dayandıra bilər. Bu, qanunidir, lakin o, hələ bunu etməyib".
ABŞ federal hökuməti 1 oktyabr gecə yarısı (Bakı vaxtı ilə saat 08:00-da) maliyyələşdirmənin olmaması ilə əlaqədar qismən fəaliyyətini dayandırıb. Bu, ABŞ Konqresində hakim Respublikaçılar və müxalifətçi Demokratlar Partiyasının nümayəndələrinin səhiyyə sahəsi də daxil olmaqla, bir sıra xərc maddələri barədə razılığa gələ bilməməsi səbəbindən baş verib. Onlar bir-birilərini şatdaunu təhrik etməkdə və onu siyasi məqsədlərlə uzatmaqda günahlandırırlar.