Hərbi xidmət haqqında qanuna dəyişiklik edilir — AÇIQLAMA

GÜNDƏM 18 oktyabr 2025, 21:19
"Yeni qərarla edilən dəyişikliklərin zabitlərə aid olduğunu düşünürəm. Qaydalara əsasən, əvvəllər zabitlər xidmətdə olduqları müddətdə ali təhsil almağa göndərilirdilər və həmin dövrdə onların vəzifələri saxlanılırdı. Təhsildən qayıtdıqdan sonra isə əvvəlki vəzifələrini icra etməyə davam edirdilər"

Bu sözləri Demokrat.az-a açıqlamasında hərbi məsələlər üzrə ekspert Rövşən Məhərrəmov deyib.

O bildirib ki, yeni dəyişikliklərə görə isə, təhsil almağa göndərilən zabitlər sərəncama çıxarılır və onların yerinə yeni şəxslər təyin olunur:

"Təhsili başa vurduqdan sonra həmin zabit əvvəlki vəzifəsinə deyil, başqa bir vəzifəyə təyin edilir. Əvvəllər “Hərbi xidmət keçmə haqqında Əsasnamə”də zabitin təhsil aldığı müddətdə vəzifəsinin qorunması nəzərdə tutulurdu. İndi isə bu qayda ləğv olunub. Təhsil müddətində zabit sərəncama çıxarılır, qayıtdıqdan sonra isə xidmətini yeni təyinatla davam etdirir".


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top