Yük maşınlarının sürücüləri Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin nəzarət etdiyi yollardakı tərəzilərdən şikayət edirlər. İddialara görə, yük təhvil alınanda və veriləndə eyni çəki olur, amma yoldakı tərəzi artıq göstərir. Nəticədə cərimə yazılır. Bəs yollardakı tərəzilərin problemi niyə həll edilmir?
Ağcabədidə olan yük avtomobillərinin sürücüləri – Elnur Rüstəmov və Xəqani Quliyev yollarda qurulan elektron tərəzilərin yükü artıq hesabladığını iddia edirlər.Sürücülər hətta tələb olunandan 500 kiloqram az yük vurur, buna baxmayaraq, yükün 3-4 ton artıq olması səbəbilə 600 manat cərimə edilirlər.
Məsələ ilə bağlı AYNA-nın mətbuat xidmətinin rəhbəri Tural Orucov bildirib ki, ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən yük nəqliyyat vasitələrinin yüklə birlikdə ümumi çəkisi nəqliyyat vasitələrinin oxlarının sayından asılı olaraq müəyyən olunur. Bu məsələ Nazirlər Kabinetinin 2009-cu il 7 iyul tarixli, 104 nömrəli qərarı ilə tənzimlənir. Nəqliyyat vasitəsinin icazə verilən ümumi çəkisi sözgedən qərara əlavə olunmuş 2 nömrəli cədvəllə müəyyən edilmiş hədləri aşmamalıdır.
Qərarda təsbit olunan meyarların hamısı, yəni bütün parametrlər elektron tərəzilərin alqoritmində əks olunub. Nəqliyyat vasitələri elektron tərəzilərdən keçərkən həmin alqoritmlər əsasında ölçmə aparılır. Müvafiq parametrləri aşan yük nəqliyyat vasitələrinin sürücüləri barəsində hər hansı bir fiziki təmas olmadan, real vaxt rejimində inzibati tənbeh tədbirlərinin görülməsi təmin edilir.
Daha ətraflı “Xəzər” TV-nin videomaterialında: