Əsəbləri sakitləşdirən klaviatura icad edildi — YENİ İXTİRA

MARAQLI 18 oktyabr 2025, 20:31
Yaponiyanın “Google” şirkəti (Google Japan) sinir sistemini sakitləşdirən disklik klaviatura icad edib.

Bizim.Media xəbər verir ki, bu disklik klaviatura iş üçün yox, mizah məqsədilə yapon mühəndisləri tərəfindən hazırlanıb. Amma bu qeyri-praktik cihazın arxasında maraqlı ideya dayanır.

Məlumata görə, 2024-cü ildə qlobal elektron istehsalı xidmətləri bazarının həcmi 609,79 milyard dollar olub. 2032-ci ilə qədər bu rəqəmin 1 trilyon dollara çatacağı və illik orta artımın 6,89% təşkil edəcəyi proqnozlaşdırılır. Bu göstəricilər elektronika istehsalçıları bazarı üçün tam xidmət dövrünü – yığmadan dəstəyə qədər təmin edir və avtomobil, telekommunikasiya, tibbi texnika kimi sahələrdəki müştərilərlə işləyir. Lakin bütün cihazlar bazara çıxmır.

Məhz bu fonda Google Japan köhnə disklik telefonu tam mexaniki klaviaturaya – “Gboard Dial” adlı modelə çevirib.

“Gboard Dial” necə görünür?

Klaviaturanın konstruksiyasına müxtəlif formalı səkkiz disk daxildir. Hər bir disk müəyyən simvol qrupuna – hərflərə, rəqəmlərə və ya durğu işarələrinə cavabdehdir. Cihazın ortasında böyük “Enter” düyməsi yerləşir - bu da disklə əvəz olunub.

Mətn yığımı köhnə disklik telefondakı kimi baş verir: istifadəçi diskin dəliyinə barmağını salır, lazımi simvola qədər fırladır və buraxır. Disk avtomatik olaraq əvvəlki mövqeyinə qayıdır. Bu proses hər simvol üçün təkrarlanır.

Maraqlı detal: siçan (mouse) dok-stansiyaya yerləşdirildikdə, veb-kamera avtomatik söndürülür. Bbu da “telefonu yerinə qoymaq” jestinə işarədir.

Klaviaturanın yaradılmasında məqsəd nədir?

Mühəndislərin sözlərinə görə, “Gboard Dial” iş üçün nəzərdə tutulmayıb. Onun məqsədi tamamilə fərqlidir – nostalji hissi, toxunma təəssüratı və sakitləşdirici mexaniki səs (“yumşaq cırıltı”) yaratmaq.

Şirkətin fikrincə, bu klaviaturanın terapevtik təsiri ola bilər. Promorolikin bir hissəsində zarafatla deyilir: “Əvvəllər əsəbiləşəndə klaviaturaya vururdum. İndi isə “Gboard” sayəsində daha sakit olmuşam.”

Yeni “Gboard Dial” satış üçün nəzərdə tutulmayıb. Bunun əvəzində, “Google Japan” çertyojları ictimaiyyətə açıb, beləliklə istənilən şəxs cihazı 3D printerdə çap edib özü yığa bilər.

Qeyd edək ki, “Google Japan” qeyri-adi ideyaları ilə tanınır. Daha əvvəl şirkət çay fincanı formasında və 165 sm uzunluğunda QWERTY lent şəklində klaviaturalar da təqdim etmişdi.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top