Ən məsum bürclər — Qəlbləri tərtəmiz, içlərində bir damcı belə pis niyyət yoxdur

MARAQLI 11 oktyabr 2025, 08:52
Astrologiyada hər bürcün özünəxas xüsusiyyəti var - bəziləri güclü liderlik enerjisi daşıyır, bəziləri analitik düşüncəsi ilə seçilir, bəziləri isə sözün əsl mənasında "məsumiyyətin canlı halı" kimi tanınır. Əlbəttə, hər insan fərqlidir, amma astroloji baxımdan bəzi bürclər daha təmiz qəlbli, saf və pis niyyətdən uzaq olur.

Gəlin, ən masum və yaxşı niyyətli bürclərə nəzər salaq:

Qız

Qız bürcləri dürüstlükləri, səliqə-seçkilikləri və köməksevərlikləri ilə tanınır. Heç vaxt kiməsə zərər vermək niyyətində olmazlar. Saf düşüncələri və təvazökar davranışları onları ətrafda etibarlı insan halına gətirir.

Xərçəng 

Xərçəng bürcü emosional, həssas və sevdiklərinə bağlı xarakterə malikdir. Onların incikliyi belə ürəklərinin həddindən artıq saf və sevgi dolu olmasından irəli gəlir. Qəlbən təmiz və sadiqdirlər.

Balıqlar

Balıq bürcləri xəyalpərəst, rəhmli və mərhəmətli təbiətləri ilə seçilir. Hər kəsə yaxşılıq etmək istəyirlər, bu da bəzən onların aldanmasına səbəb olur. Amma məsumiyyətlərini heç nə poza bilmir.

Buğa

Buğa bürcləri dürüstlük tərəfdarıdır və yalanı qəbul etmirlər. Sadiq, etibarlı və təmiz niyyətli olduqları üçün çox qiymətlidirlər. İyilik edərkən qarşılıq gözləməzlər - bu da onların saf qəlbli olduğunu göstərir.

Oxatan

Oxatanlar pozitiv enerjiləri və səmimiyyətləri ilə tanınır. Düşündüklərini açıq deyirlər, bəzən bu səbəbdən başları dərd çəkə bilər, amma bu, onların saf və niyyətsiz danışdıqlarını göstərir. Təbii halları ilə məsumiyyət simvolu sayılırlar. (Milli.az)

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
11 oktyabr 2025, 10:11
Top