Kavelaşvili: Gürcüstan hökuməti geri çəkilməyəcək

DÜNYA 11 oktyabr 2025, 00:26
“Gürcüstan hökuməti xalqın maraqlarına əsaslanaraq geri çəkilməyəcək”.

APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstan Prezidenti Mixeil Kavelaşvili ölkənin İctimai kanalının “Aktual mövzu” proqramına müsahibəsində oktyabrın 4-də Tbilisidə baş vermiş hadisələri şərh edərkən deyib.

Onun sözlərinə görə, bu gün etirazlara qoşulan insanlar üç il öncə Gürcüstan hökumətindən Ukraynaya könüllülərin göndərilməsini və sanksiyalara qoşulmağı tələb etmişdilər.

“Bu gün biz həmin insanlar və eyni əmrlərlə üz-üzəyik. Maraqlar münaqişəsi bu günədək davam edir. Bizim geri çəkilməyimiz mümkün deyil, çünki arxamızda vətən və milli maraqlarımız durur. Biz müxtəlif mövqeləri səsləndirə və reallaşdıra bilmərik”, - M. Kavelaşvili söyləyib.

Dövlət başçısı təəssüflə qeyd edib ki, bəzi qüvvələr Gürcüstanı layihə kimi nəzərdən keçirir:

“Həmin qüvvələri müxtəlif cür adlandırırıq: “dərin dövlət”, “qlobal müharibə partiyası”. Onlar hesab edirlər ki, Gürcüstanın rolu başqa olmalıdır. Bu layihənin aləti kimi çıxış edənlər var və onlar aldıqları tapşırıqlara uyğun hərəkət edirlər”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top