Gəncədə 40 yaşlı kişi bıçaqlanıb, hadisəni törətməkdə qohumu şübhəli bilinir

HADİSƏ 10 oktyabr 2025, 23:15
Gəncədə 40 yaşlı kişi bıçaqlanıb.

"Report"un Qərb bürosunun məlumatına görə, 1985-ci il təvəllüdlü S.Bağırov mübahisə zəminində kürək nahiyəsindən bıçaq xəsarəti alıb.

O, xəstəxanaya yerləşdirilib.

Hadisəni törətməkdə onun xalası oğlu şübhəli bilinir.

Cinayətin başvermə səbəbi hələ məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top