32 yaşlı qadın itkin düşdü

HADİSƏ 10 oktyabr 2025, 17:11
Bakıda qadın itkin düşüb.

Demokrat.az xəbər verir ki, 32 yaşlı Xəzər rayon sakini Aygün Həsənova yaşadığı ünvandan çıxaraq naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıb.

A.Həsənovanın əlamətləri belədir: boyu 160 sm, arıq bədən quruluşlu. Evdən çıxarkən əynində qara rəngli şalvar və qara rəngli jaket olub.

Onun ruhi-əsəb xəstəliklərindən əziyyət çəkdiyi bildirilir.

Şəkildəki şəxsi görənlərdən və haqqında məlumatı olanlardan DİN-in “102” Xidməti Zəng Mərkəzi və sosial şəbəkələrdəki rəsmi səhifələrinə, həmçinin Xəzər Rayon Polis İdarəsinin (012) 590-22-39, (012) 453-02-02 şəhər nömrələri və (050) 222-82-80, (070) 529-26-23 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top