“Rusiya və Azərbaycan prezidentlərinin görüşü iki tərəfli münasibətlərdə yaranmış böhranın həllinə hesablanıb”.
Bunu Demokrat.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə bildirib.
O əlavə edib ki, xüsusilə də təyyarə insidenti ilə bağlı gərginliyin aradan qaldırılmasına xidmət edib:
“Görüşdə Vladimir Putin Azərbaycanın tələblərini yerinə yetəcəyini bildirib və dolayısı ilə təyyarənin Rusiya hərbçiləri tərəfindən vurulmasını etiraf etmiş oldu ki, bu da Azərbaycanın istəyinə uyğun idi. Prosesin aylarla uzanması Rusiyanın maraqlarına zidd işləyib və Azərbaycan öz prinsipial mövqeyini qoruyub. Cənubi Qafqazda yaranmış mövqe gərgin idi və proses Azərbaycan xeyrinə dəyişib. Rusiya-Azərbaycan münasibətlərinin tam normallaşması bundan sonra Rusiyanın atacağı addımlardan asılı olacaq. Azərbaycana qarşı müxtəlif istiqamətlərdə hücumlara və informasiya vasitələrində təxribatçı açıqlamalara yol verilməməlidir. Vladimir Putinin görüşdə verdiyi vədlərin yerinə yetirilməsi vacibdir. Təyyarə insidenti ilə bağlı hərbçilər cəzalandırılmalı, kompensasiya ödənilməli və Azərbaycana qarşı Rusiyada zorakılıq halları dayandırılmalıdır. Bütün bunlar təmin olunduqdan sonra Rusiya-Azərbaycan münasibətləri yeni mərhələyə keçə bilər”.
Leyla Turan
Demokrat.az