Tramp Nobel mükafatı ilə bağlı söylədiyi fikirlərə görə Putinə təşəkkür edib

DÜNYA 10 oktyabr 2025, 19:52
ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinin bu gün Nobel mükafatı ilə bağlı açıqlamalarının görüntülərini paylaşaraq ona təşəkkür edib.

"Report" xəbər verir ki, ABŞ lideri paylaşımı "Truth Social" sosial şəbəkəsində edib.

"Sağ olun, Prezident Putin", - o yazıb.

Xatırladaq ki, Putin Tacikistanda keçirdiyi mətbuat konfransında Donald Trampın Nobel Sülh Mükafatına layiq olub-olmadığını mühakimə etməyin onun işi olmadığını, lakin Trampın mürəkkəb böhranların həlli üçün çox iş gördüyünü vurğulayıb.

Xatırladaq ki, bu gün Nobel Sülh Mükafatı Komitəsi mükafatı Venesuela parlamentinin keçmiş üzvü və müxalifətçi siyasətçi Maria Korina Maçadoya verib. Mükafata ABŞ Prezidenti Donald Tramp da namizəd olub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top