İsrailə təzyiq davam edir: İdmançılara viza verilmədi

DÜNYA 10 oktyabr 2025, 20:16
İndoneziya hakimiyyət orqanları bədii gimnastika üzrə dünya çempionatında iştirak etməyi planlaşdıran israilli idmançılara rəsmi olaraq viza verməkdən imtina edib. 

Demokrat.az xəbər verir ki, bu barədə İndoneziyanın hüquq və immiqrasiya nazirliyi açıqlayıb. 

Turnirin 2025-ci il oktyabrın 19-dan 25-dək Cakartada keçirilməsi planlaşdırılır.  Nazirlik qeyd edib ki, bu addım İsrail və Fələstin arasında mövcud hərbi qarşıdurma ilə bağlıdır.

Eyni zamanda Beynəlxalq Gimnastika Federasiyası (FIG) Rusiya və Belarus idmançılarının bitərəf kimi iştirakını təsdiqləyib. Bu, Rusiya gimnastları üçün 2022-ci ildə dayandırıldıqdan sonra ilk beynəlxalq yarış olacaq.


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top