Nobel Sülh Mükafatı Trampa verilmədi — Qalib açıqlandı

DÜNYA 10 oktyabr 2025, 13:31
Nobel Sülh Mükafatının qalibi açıqlanıb.

AzPost bildirir ki, mükafat Venesuelalı Mariya Korina Maçadoya verilib.

Mükafat Komitəsi bəyan edib ki, mükafat onun Venesuela xalqının demokratik hüquqlarının təbliğində yorulmaz fəaliyyətinə və diktaturadan demokratiyaya ədalətli və dinc keçidə nail olmaq üçün apardığı mübarizəyə görə verilir.

Bu il fəxri mükafata 338 fiziki şəxs və təşkilatın namizədliyi irəli sürülüb. Bununla belə, son bir neçə həftə ərzində əsas sual ABŞ prezidenti Trampın mükafatı alıb-almayacağı olub. ABŞ prezidentinin özü də dəfələrlə “mükafata layiq olduğunu”, “yeddi müharibəyə son qoyduğunu” və mükafatın verilməməsinin “ABŞ-a təhqir” olacağını bildirib.

KİV-in məlumatına görə, Norveçdə Vaşinqtonun ölkə üçün mümkün əks-sədası ilə bağlı narahatlıq ifadə olunub.

Nobel Sülh Mükafatı laureatının elan edilməsindən bir neçə gün əvvəl Ukrayna prezidenti Vladimir Zelenski Trampın Nobel Sülh Mükafatına namizədliyini irəli sürməyə hazır olduğunu bəyan edib. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Yuri Uşakov da Rusiyanın mükafatın Trampa verilməsini dəstəkləyəcəyini bildirib.

Komitə oktyabrın 6-da qərarını verib və xüsusilə qeyd edib ki, İsrail və HƏMAS arasında razılaşma 2025-ci il laureatının seçilməsinə qətiyyən təsir etmir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
10 oktyabr 2025, 17:11
Top