1-7 oktyabr tarixlərində XI Bakı Beynəlxalq Kitab Sərgisi keçirildi. Kitab Sərgisi bitən günün axşamı qarşıma bir video çıxdı. 44 günlük Vətən Müharibəsində qazi olmuş bir şəxs sərgidə aldığı “Canavar qulağı” adlı kitabdan danışır.
İlk anda bu adın təsadüfən qoyulduğunu düşündüyünü bildirir. Ancaq içindən gələn maraq, daha doğrusu, görəsən, bu “Canavar qulağı” mənim ağlıma gələnlə eynidirmi, düşüncəsi o kitabı əlinə almağa vadar edir. Kitabın mündəricatından “Canavar qulağı” hekayəsinin səhifəsini tapıb oxumağa başlayan oxucu hekayənin Vətən Müharibəsində özünün də iştirak etdiyi döyüş əməliyyatından bəhs etdiyini görür. Səhifələri bir-bir həyəcanla vərəqləyəndə “Canavar qulağı” postunun alınmasında gedən döyüşləri çox dəqiqliklə anlatmasına görə müəllifin bu döyüşdə iştirak edib-etmədiyini düşünür. Bir hadisə bu qədərmi ən incə detalına qədər işıqlandırıla bilər?! Yaşananları bu qədər təfərrüatı ilə ancaq o döyüşdə iştirak edən biri bilə bilərdi.
Bəli, hekayədə də anladıldığı kimi, təxliyə gözləyən qrupun ilk yaralısı məhz həmin bu qazi Sərxan Abbasəliyev olub. Maraqlıdır ki, o yaralını nə Vasif Qurbanzadə tanıyır, nə də o, Vasif müəllimi. Eyni zamanda nə “İpəkyolu” nəşriyyatı Sərxanın stendə gələcəyini gözləyirdi, nə də Sərxan “İpəkyolu” stendində adını məhz onun iştirak etdiyi döyüşdən götürən “Canavar qulağı” postu əməliyyatını anladan bu kitabdan xəbərdar idi. Bütün bunlara ilahi qədər, qədərin sirri, qədərin cilvəsi deməkdən başqa söz tapa bilmirik.
Son olaraq onu da qeyd edək ki, Canavar qulağı hekayəsi kitabda anladılan, 44 günlük müharibənin ağrı-acısını, sevinc və kədərini dərindən hiss etdirən bir-birindən maraqlı, eyni zamanda həqiqətə söykənən on dörd hekayədən sadəcə biridir.
Demokrat.az