“Rəsmi İrəvanın Zəngəzur dəhlizi terminindən narahatlığı ilk növbədə suverenlik və nəzarət məsələləri ilə bağlıdır”.
Bunu siyası şərhçi Kənan Məmmədli Demokrat.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, Ermənistan bu terminologiyanı Azərbaycanın ərazi üzərində xüsusi hüquqlar əldə etməsi kimi qəbul edir və buna görə də dəhliz anlayışından çəkinir:
“İrəvan dəhliz sözünü ekstraterritorial status kimi yozur və bu, daxili siyasi diskursda gərginlik yaradır. “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu (TRIPP)” layihəsinə qarşı çıxmaq isə məntiqsiz addım sayılır. Çünki bu marşrut regionu qlobal nəqliyyat və ticarət sisteminə inteqrasiya edir, Ermənistan üçün də iqtisadi fürsətlər yarada bilər. Bu layihə Zəngəzur bölgəsini təcriddən çıxarmaqla, bölgədə dayanıqlı əməkdaşlıq mühiti formalaşdıra bilər. Ermənistanın əsas problemi terminologiyaya emosional və siyasi yanaşmasıdır, halbuki məsələ iqtisadi və geostrateji müstəvidə dəyərləndirilməlidir. TRIPP kimi beynəlxalq layihələrdən kənarda qalmaq, Ermənistanın regiondakı tranzit imkanlarını sıfıra endirə bilər. Ekspert əlavə edib ki, bu marşrut yalnız Azərbaycan üçün deyil, bütövlükdə Cənubi Qafqazın sülh gündəliyi üçün əhəmiyyət daşıyır. Ermənistanın terminoloji inadkarlığı isə onun regional iqtisadi əməkdaşlıqdan təcridini dərinləşdirə bilər”.
Leyla Turan
Demokrat.az