“Azərbaycanla Rusiya arasında münasibətləri pozmağa və xələl gətirməyə çalışan qüvvələr çox canfəşanlıq etdilər ki, bu münasibətlər soyusun, gərgin müstəviyə keçsin. AZAL təyyarəsinin vurulmasından sonra biz fikir verdik ki, bir neçə müstəvidə xüsusi bir fəallıq gözə çarpırdı. Xüsusən informasiya müstəvisində genişmiqyaslı hücum kampaniyası başladı”.
Bunu Demokrat.az-a açıqlamasında millət vəkili Azər Allahverənov deyib. Onun sözlərinə görə, nəzərə alsaq ki, Rusiyanın informasiya məkanı kimlər tərəfindən idarə olunur, onda şübhə yeri qalmır:

“Bir neçə böyük media qurumlarının da bilavasitə ermənilər tərəfindən idarə edildiyini nəzərə alsaq görərik ki, anti-Azərbaycan narrativləri onların əsas xəbər başlıqları olmağa başladı. Hətta Rusiyanın daxilində gedən neqativ prosesləri də gətirib Azərbaycana bağlayırdılar. Bu onu göstərir ki, Solovyov, Zatulin, Simonyan və digərləri kifayət qədər bu prosesdə fəal idilər. Əsas hədəf Rusiya-Azərbaycan münasibətlərinin pozulmasına nail olmaq idi. Bu prosesdə Azərbaycan dözümlülük nümayiş etdirdi. Bütün təzyiqlərə, kampaniyalara baxmayaraq, Azərbaycan soyuqqanlı davrandı.
Hazırda görürük ki, iki ölkə arasında münasibətlərin konstruktiv ruhda, tam normallaşdırılması üçün ciddi siyasi iradə var. Düşünürəm ki, Azərbaycanın AZAL-ın təyyarəsi ilə bağlı narahat edən açıq qalmış sualları artıq Rusiya prezidenti cavablandırdı. Qəza ilə bağlı Rusiya digər öhdəliklərini də yerinə yetirdikdən sonra artıq bütün qeyri-müəyyən hallar aradan qalxmış olacaq".
Cavidan Mirzəzadə
Demokrat.az