“Bakıda mənzil qiymətlərinin əhalinin gəlir səviyyəsinə uyğun olmamasının əsas səbəbi torpaq və tikinti bazarındakı qeyri-bərabər balansdır”.
Bu sözləri əmlak eksperti Rəşad Quliyev Demokrat.az-a açıqlamasında bildirib.
Onun sözlərinə görə, son illərdə paytaxtda torpaq sahələrinin məhdudluğu və tikinti xərclərinin artması mənzillərin maya dəyərini yüksəldib:
“Tikinti materiallarının 60-70 faizi idxal olunduğundan, valyuta dəyişiklikləri qiymətlərə birbaşa təsir göstərir. Bundan başqa, mənzil bazarında spekulyativ alqı-satqı fəaliyyəti geniş yayılıb. Daşınmaz əmlakın investisiya vasitəsi kimi istifadə olunması real yaşayış tələbatını kölgədə qoyur. Bu da süni bahalaşmaya səbəb olur. İpoteka kreditlərinin şərtləri sadələşdirilməli və faiz dərəcələri azaldılmalıdır. Regionlarda iqtisadi aktivlik artırılmadıqca Bakıya axın davam edəcək. Bu da mənzilə olan tələbi və qiymətləri yüksəldəcək. Dövlət sosial mənzil layihələrini genişləndirməlidir. Həmçinin, tikinti şirkətləri üçün subsidiyalar və vergi güzəştləri tətbiq olunmalıdır. Şəffaf, rəqabətli və nəzarətli mənzil bazarı formalaşmadıqca, Bakıda mənzillər uzun müddət bahalı qalacaq”.
Leyla Turan
Demokrat.az