YapiKredi Müraciət Forması
Sosial

Azərbaycanda iki böyük kənd işıqsız qalıb

Azərbaycanda iki böyük kənd işıqsız qalıb

Salyan rayonunun iki böyük kəndində elektrik enerjisinin verilişində ciddi fasilələr yaranıb.

Demokrat.az xəbər verir ki, bu barədə Oxu.Az-a kənd sakinləri məlumat veriblər.

Onların sözlərinə görə, son sutka ərzində Şorsulu və Boranıkənd kəndlərində elektrik enerjisinin verilişi 3-4 dəfə olmaqla saatlarla dayandırılıb.

Məlumata görə, hazırda da hər iki kəndə elektrik enerjisi verilmir. Nəticədə kənd sakinləri qaranlıqda qalıblar.

Elektrik təchizatında yaranan problemin səbəbi və enerjinin nə vaxt bərpa olunacağı isə hələlik məlum deyil.

NE
Nihadə Eyyubova