YapiKredi Müraciət Forması
Dünya

Madonna 16 ildən sonra yenidən "Qremmi"yə namizəd oldu

Madonna 16 ildən sonra yenidən Qremmiyə namizəd oldu

Dünya şöhrətli müğənni Madonna uzun fasilədən sonra yenidən "Qremmi" musiqi mükafatına namizədlər arasında yer alıb.

Demokrat.az bildirir ki, sənətçinin "Confessions II" adlı albomu "Ən yaxşı rəqs/elektron musiqi albomu" kateqoriyasında mükafat uğrunda mübarizə aparacaq.

Bu nominasiyada Madonnanın rəqibləri sırasında Robyn, Skrillex, Slayyyter və Tame Impala da var.

Müğənni Sabrina Carpenterlə birgə səsləndirdiyi "Bring Your Love" mahnısına görə də diqqət mərkəzindədir. Sözügedən ifa "Ən yaxşı pop duet və ya qrup ifası" kateqoriyasında namizəd göstərilib.

Builki namizədlər arasında ən çox nominasiya qazanan sənətçi isə britaniyalı müğənni Raye olub. O, ümumilikdə 11 kateqoriyada mükafat uğrunda yarışacaq.

"İlin albomu" kateqoriyasında Taylor Swift, Bruno Mars, Olivia Rodrigo, Rosalía və digər tanınmış ifaçıların albomları təqdim olunub.

Qeyd edək ki, 2027-ci il "Qremmi" mükafatlarının təqdimetmə mərasiminin fevralın 7-də Los-Ancelesdə keçirilməsi nəzərdə tutulur.

NE
Nihadə Eyyubova