YapiKredi Müraciət Forması
İdman

Azərbaycan millisi Andorranı məğlub edib

Azərbaycan millisi Andorranı məğlub edib

Futbol üzrə Azərbaycan millisi beynəlxalq yoldaşlıq oyununda Andorra seçməsinə qalib gəlib.

Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv səfər matçında rəqibini 3:1 hesabı ilə üstələyib.

Enkamp şəhərində təşkil olunan qarşılaşmada komandamızın qollarını Eşqin Əhmədov (2), Musa Qurbanlı (47) və Toral Bayramov (70-pen.) vurublar. Ev sahiblərinin heyətində isə Rikard Fernandes (55) fərqlənib.

Bu, kapitan Emin Mahmudov üçün Azərbaycan yığmasında sonuncu - 66-cı oyun olub.

Xatırladaq ki, Azərbaycan millisi noyabrın 13-də UEFA Millətlər Liqası oyununda səfərdə Lixtenşteyni minimal hesabla üstələyib - 1:0. (Report)

NE
Nihadə Eyyubova