“Bu görüş əslində çoxdan gözlənilirdi. Azərbaycanla Rusiya arasında mövcud problemlər və gərginlik kifayət qədər çoxsaylı nüanslara söykənir”.
Bunu siyasi şərhçi Əziz Əlibəyli Demokrat.az-a açıqlamasında deyib.
O əlavə edib ki, xüsusilə də son baş vermiş təyyarə faciəsi fonunda Rusiya öz məsuliyyətini müəyyən qədər etiraf etmiş oldu:
“Azərbaycan üçün burada əsas vacib məqam hüquqi məsuliyyətin daşınması, təzminatın verilməsi və üzr istənilməsidir. Hazırda bu məsələlər tam şəkildə yekunlaşmasa da, son görüşdə bunların qismən də olsa ifadə edilməsi diqqətçəkicidir. Bundan sonra isə qarşılıqlı ticari və iqtisadi münasibətlərin pozulmadan davam etdirilməsi və inkişaf etdirilməsi prioritet məsələlərdən biri olacaq. Bu da, əsasən, Rusiyanın göstərdiyi siyasi iradə, üzr və maddi kompensasiya ilə mümkün ola bilər. Rusiya bundan sonra, xüsusilə, informasiya müstəvisində Azərbaycana qarşı apardığı təbliğat kampaniyasını dayandırmalıdır. Son vaxtlar Rusiya tərəfindən Azərbaycana qarşı başlanan informasiya savaşı ölkəmizin cəmiyyətinə və beynəlxalq imicinə ciddi təsirlər göstərmişdir. Bu proseslər, təkcə daxildə deyil, həmçinin Türkiyə, ərəb dünyası, müsəlman ölkələri və Avropa müstəvisində də müşahidə olunur. Azərbaycanlılara qarşı yönəlmiş hər cür təzyiq və hörmətsiz yanaşma aradan qaldırılmalı, münasibətlərə real məna yüklənməlidir. Bütün bu məsələlər göstərir ki, Rusiya–Azərbaycan münasibətləri yaxın dövrlərdə daha ciddi və həcmi geniş olan danışıqlara və addımlara ehtiyac duyur”.
Leyla Turan
Demokrat.az