HƏMAS Qəzza zolağında müharibənin bitdiyini elan etdi

DÜNYA 09 oktyabr 2025, 23:59

Fələstinin radikal HƏMAS hərəkatının rəhbəri Xəlil əl-Həyya Qəzza zolağında müharibənin bitdiyini elan edib.

Oxu.Az xəbər verir ki, bu barədə "Əl-Cəzirə" telekanalı məlumat yayıb.

Məlumata görə, vasitəçilər Qəzzada müharibəyə son qoymaq üçün razılıq əldə ediblər.

Razılaşma Qəzza zolağında atəşkəs, İsrail qoşunlarının bölgədən çıxarılması, humanitar yardım axını və əsir mübadiləsini əhatə edir.

Əl-Həyya qeyd edib ki, azadlığa buraxılacaq fələstinli məhbusların siyahıları İsrailə təhvil verilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top