“Ekoloji məsələlər” üzrə Alt İşçi qrupun növbəti iclası keçirilib — FOTOLAR

GÜNDƏM 09 oktyabr 2025, 21:43
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən hazırlanmaqda olan “Azərbaycan Respublikasının 2027-2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası” çərçivəsində Nazirlər Kabinetinin Sərəncamı ilə yaradılmış “Ekoloji məsələlər” üzrə Alt İşçi qrupun növbəti iclası keçirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyində aidiyyəti dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə keçirilən iclasda ətraf mühitin mühafizəsi sahəsində 2027-2030-cu illərdə həyata keçirilməsi nəzərdə tutulan islahatlar, strateji fəaliyyət istiqamətləri, əsas prioritetlər və hədəflər müzakirə olunub, İşçi Qrupda təmsil olunan və digər aidiyyəti dövlət qurumlarının təklifləri dinlənilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top