“Azərbaycan və Rusiya arasında münasibətlər hazırda normal, mehriban qonşuluq prinsiplərinə əsaslanır”.
Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Aydın Mirzəzadə deyib.
Deputat diqqətə çatdırıb ki, bəzi məsələlər müzakirə olunmalıdır:
“İki ölkə arasında kəskin qarşıdurma və ya düşmənçilik mühiti yoxdur. Əksinə, dialoq mühiti qorunub saxlanılır və zaman-zaman həm dövlət başçıları, həm də digər rəsmi şəxslər arasında görüşlər keçirilir, qarşılıqlı səfərlər həyata keçirilir. Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putinin ad günü münasibətilə ona zəng edərək təbrik etməsi isə təkcə ikitərəfli münasibətlərin davamlılığını göstərmir, eyni zamanda Prezidentin yüksək şəxsi mədəniyyətini və diplomatik etiketə verdiyi önəmi nümayiş etdirir. Bu cür jestlər dövlətlərarası münasibətlərdə hörmət və balansın qorunmasında mühüm rol oynayır. Biz qonşu dövlətlərik və təbii ki, aramızda mehriban qonşuluq münasibətləri hökm sürməlidir. Rusiya da Azərbaycanla yaxşı və stabil münasibətlərin olmasında maraqlıdır. Çünki təkcə qonşu deyil, həm də müttəfiqik. İki ölkə arasında müttəfiqlik sazişi mövcuddur.
Azərbaycanda böyük rus icması, Rusiyada isə çoxsaylı və hörmət edilən Azərbaycan icması fəaliyyət göstərir. Bu humanitar və mədəni bağlar da ölkələrimiz arasında münasibətlərin daha da möhkəmlənməsində mühüm rol oynayır. Düşənbədə keçirilən prezidentlərin görüşü isə hesab edirəm ki, mövcud anlaşılmazlıqların aradan qaldırılmasına, qarşılıqlı dostluq və əməkdaşlığın gücləndirilməsinə xidmət edəcək. Bu görüş dünya birliyi qarşısında duran mühüm məsələlər üzrə ortaq mövqeyin formalaşmasına şərait yaradacaq”.
Leyla Turan
Demokrat.az